"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

"”Bələdiyyə günü" mütləq qeyd olunmalıdır”- BəLəDiYYə SəDRi

--2017-07-03 / 04:55

Quba rayonu Zərdabi bələdiyyəsinin sədri Vüqar şirinov   ölkəmizdə "bələdiyyə günü"nün təsis edilməsini zəruri hesab edir. Bu bayram elə adlandırılmalıdır ki, həm bələdiyyə üzvlərinə, həm də bələdiyyyə qulluqçularına aid olsun.

Sədrin sözlərinə görə, sadəcə bu günün tarixini müzakirə edərək, "Bələdiyyə günü" kimi qeyd olunsa hər bir bələdiyyə sistemiylə bağlı olan insanların ürəyincə olardı:

“Həm də bu bayram fərqli bir bayramdır, yəni  digər peşə bayramlarından fərqi də o olardı ki, yeganə özünü idarəedən təşkilatdır. Digər qurumlar və təşkilatlar kimi, bələdiyyələr dövlət hesabına maliyyələşmir, özü-özünü maliyyələşdirir. əslində bələdiyyə sistemi yeganə fədakar bir sistemdir. Ona görə də "Bələdiyyə günü" mütləq qeyd olunmalıdır.”

Belediyye.info

ŞƏRHLƏR